Ölkə

Bunu eləmək dövlətə, millətə, xalqa xəyanətdir”-Kəmaləddin Heydərov

Bunu eləmək dövlətə, millətə, xalqa xəyanətdir”-Kəmaləddin Heydərovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bilirsiniz ki, yay aylarında Azərbaycanın dağlıq rayonlarında yanğınlar, xüsusən də meşə ərazilərində, biçilmiş və biçilməmiş taxıl sahələrində yanğınlar baş verir. Bu il isə keçən illərdən, keçən yay mövsümlərindən fərqli olaraq, demək olar ki, bir qədər çox yanğın baş verib. Biz indi Qəbələ rayonunun Abrıx kəndinin dağ hissəsində olan ərazilərə baxdıq, həm yerdən, həm helikopterdən müşahidə etdik. Doğrudan da, xarakterik olaraq, bu, təbii yanğınlara oxşayır, lakin yandırma faktları da yox deyil, var”.

7Times.az APA-ya istinadən xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Qəbələ rayonunun Solquca və Abrıx kəndləri yaxınlığında yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə baxış keçirdikdən sonra bildirib.

Nazir qeyd edib ki, hüquq-mühafizə orqanları bu məsələni araşdıracaq: “Bundan qabaq da araşdırıblar, belə faktlar müşahidə olunur. Ya ehtiyatsızlıq üzündən və ya qəsdən yandırma olur. Bunlar yəqin ki, araşdırılacaq. Amma məncə, heç kimin vicdanı, insafı qəbul eləməməlidir ki, Azərbaycanın bu gözəl təbiətində belə hadisələr törətsin. Bu, illərlə, yüz illərlə bizim ulu babalarımızın qoruyub saxladığı, bizə verdiyi nemətdir. Ona görə də bunları qorumaq lazımdır. Əhalinin özü də, orada olan çobanlar da, giləmeyvə yığan insanlar da, kənd camaatı da – təbiətdən istifadə edən hər kəs onu qorumalıdır, nəinki belə pis əməllərə əl atmalıdır. Kənd camaatı özü də bildirir ki, bir nəfər hər hansı əməl törədirsə, bu, bütün kəndin adınadır, kəndin camaatının adınadır. Ona görə də camaat özü yol verməməlidir ki, o kənddən olan kimsə belə addım atsın. İctimai qınaq lazımdır. İctimai qınaq olmadıqca, cəzasızlıq olduqca, belə halların sayı artır”.