Ölkə

Bütün bu cinayətlərin başında Hacıbala Abutalıbov durur.

Bütün bu cinayətlərin başında Hacıbala Abutalıbov dururbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“O vaxt demişdim ki, Hacıbala bizim məhkəmələrin qətnamələrini icra etmirsə, BMT-dən niyə inciyirik ki?”
“Mənim bu işdən xəbərim var və dəfələrlə bu haqda demişəm. Rasim Quliyevin heç bir günahı yoxdur. Yetmiş yaşında bir adamam, Xalq artistiyəm və bir tanınmış adam kimi deyirəm ki, bütün bu cinayətlərin başında Hacıbala Abutalıbov durur”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül hazırda məhkəməsi gedən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin heç bir günahının olmadığını deyib:
“Konkret olaraq H.Abutalıbov konstitutsiyamızın qanunlarına qarşı çıxıb və onu saya salmayıb. Deyirdi ki, məhkəmə qətnamələrini zibil yeşiyinə atıram. O vaxt demişdim ki, Hacıbala bizim məhkəmələrin qətnamələrini icra etmirsə, BMT-dən niyə inciyirik ki? Rasim Quliyevlə görüşmüşəm və onu tanıyıram. Mən bu əhvalatı bilirəm.  Özüm də müraciət etdim ki, məni məhkəməyə çağırsınlar, amma çağıran olmadı. Nə qədər ki, cinayətkarlar bir tərəfdə qalıb, günahsız insanları tuturlar buna görə tufanların da, yanğınların da, xəstəliklərin də sayı artacaq. Çünki biz Allaha, ilahi qanunlara qarşı çıxırıq. Rasim Quliyevin heç bir günahı yoxdur. Bizə ev tikəcəkdilər, amma o da qaldı və indi mən damda yaşayıram. Bütün bu cinayətlərin başında Hacıbala Abutalıbov durub və hər şey Ramiz Mehdiyevlə razılaşdırılıb.
Mən çox yaxşı bilirdim ki, Hacıbala özünə arxayındır, çünki arxası böyük siyasi rəhbərliyə bağlı idi. Məni görəndə öpüşüb, görüşürdü, amma arxada başqa şey edirdi. Rasim Quliyevə imza atdırdılar və elə də həbs etdirdilər. Hacıbala Abutalıbovun timsalında Azərbaycanın dövlət əmlakını talayan adamlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləndən sonra mən ona müraciət etdim və problemimi həll etdi”.
Şeyx Əbdül bir neçə gündür müzakirələrə səbəb olan İmam Mehdi hadisəsinə də münasibət bildirib və təəssüfləndiyini deyib:
“Bir inanc adamı kimi mən çox dəhşətə gəldim. İnsanlarımız niyə bu gündədir. Niyə bizim müqəddəs inamımızı məhv edirlər. O adama pul verən adamların özləri də cəzalandırılmalıdır. Kimsə özünü İmam adlandırır və adamlar aparıb ona milyonlar verirlər. Bir sözlə, bu, dəhşətdir”.