Ölkə

CAVİD QURBANOVU O ƏVƏZLƏYƏCƏK…  Dövlət Dəmir Yollarında hansı dəyişikliklər olacaq?(Yenilənib)

CAVİD QURBANOVU O ƏVƏZLƏYƏCƏK… – Dövlət Dəmir Yollarında hansı dəyişikliklər olacaq?(Yenilənib)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Dəmir Yolları (ADDY) Qapalı Səhmdar Cəmiyyətinə müvəqqəti rəhbərlik edəcək şəxs müəyyənləşib. Bu, qurumun sədr müavini Hicran Valehovdur.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə ADDY-nin rəhbəri Cavid Qurbanov vəzifəsindən azad edilərək Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin olunub. Onun vəzifəsinə isə təyinat həyata keçirilməyib.

Xatırladaq ki, ötən il martın 31-də Prezidentin Sərəncamı ilə ADDY-də Müşahidə Şurası yaradılıb və ona İqtisadiyyat naziri Mikayıl Cabbarov sədrlik edir. Sözügedən sərəncamda qeyd olunub ki, Müşahidə Şurası 6 ay müddətində Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini təsdiq etməlidir. Habelə qurumda nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, Cəmiyyətin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Prezidentinə təqdim edilməsi də Müşahidə Şurasına tapşırılmışdı.

Prezidentin sərəncamında göstərilən müddətdən kifayət qədər uzun müddət keçib. Görünür, Müşahidə Şurasının ADDY-də apardığı diaqnostika işlərini başa çatdırmaq üçün daha böyük zamana ehtiyac olub. Ehtimal etmək olar ki, qurumun strukturu, idarəolunması qaydaları tamamilə dəyişdiriləcək. Bəzi müşahidəçilər isə Səhmdar Cəmiyyətin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə veriləcəyini istisna etmirlər.

Qeyd edək ki, ki, Cavid Qurbanovu əvəzləyəcək olan Valehov Hicran Qardaşxan oğlu 1968-ci ildə anadan olub. Ali təhsillidir, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib. Texniki elmlər namizədidir.

1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, “Elm-İstehsalat Mərkəzi” və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb.

2007-2015-ci illərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsini tutub. 2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

“Tərəqqi” medalı, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı və “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edlib.

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, ADY-nin rəhbəri Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.