Ölkə

Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: “Topaz” fəlakəti böyüyür…

Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: “Topaz” fəlakəti böyüyür…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir müddət əvvəl Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edərək, idman və mərc oyunları ilə bağlı müəyyən qadağalar tətbiq etdi. Dəyişikliyə əsasən, qumar oyunlarının və belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.
Qeyd edək ki, qumar oyunları dedikdə lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları və digər mərc oyunları qumar oyunu hesab edilir.
Dəyişikliyə görə, kifayət qədər böyük məbləğdə cərimələr müəyyən edilib. Qeyd edək ki, Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. Bu barədə mərhum prezident Heydər Əliyev 1998-ci il yanvarın 27-də Sərəncam imzalayıb.
İndi keçək əsas mətləbə: “Topaz” mərc oyunu deyilsə, nədir?
El arasında “Cavid Qurbanovun kazino”su hesab edilən bu oyunun Bakının hər yerində məntəqələri var.
Əgər mərc oyunları qadağan edilirsə, “Topaz” niyə qalır?
Yoxsa ölkədə mərc oyunlarını da monopoliya altına aldılar?
Bizim deputatlar isə Milli Məclisdə ancaq bir-birinə faydası olan və xalqın zərərinə olan qanunları qəbul etmək üçün oturub. Ölkə üzrə çox az ərazi olar ki, seçici deputatını tanısın. Və az ərazi olar ki, deputat seçicinin bir işinə yarasın.
Çıxıb etiraz edəndə – “sizi biz seçməmişik” deyəndə isə, xüsusi qrup var ki, danışanların ağzını yummağa çalışır. Deputatların mərc oyunları ilə bağlı qanuna edilən dəyişikliklərə səs verib qəbul etməsinin səbəbini soruşsan, bəlkə də, “Cavid Qurbanovun xətri qalmasın” deyərlər.
Axı, millət kimdir ki? Kimin diqqət mərkəzindədir ki?