Sosial

Çavuşoğludan Bəxtiyar Vahabzadə ilə bağlı PAYLAŞIM

Çavuşoğludan Bəxtiyar Vahabzadə ilə bağlı PAYLAŞIMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadəni ölümünün 12-ci ildönümü münasibətilə anıb.

7times.az xəbər verir ki, XİN rəhbəri bu barədə tvitter hesabında paylaşım edib.

“Can Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadəni vəfatının 12-ci ildönümündə hörmət və rəhmətlə anıram. Şeirləri bütün könül coğrafiyamızda əks-səda verməyə davam edəcək”, – M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə, 83 yaşında vəfat edib.