Ölkə

Cəlilabadda qədim məzarlıq aşkarlandı – FOTO

Cəlilabadda qədim məzarlıq aşkarlandı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda qədim məzarlıq aşkar edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, məzarlıq rayonun Çəmənli kəndi ərazisində arxeoloji qazıntılar zamanı üzə çıxıb.

Qazıntıları AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları aparıblar.

Məzarlıq eradan əvvəl yaşayış sahəsi kimi nəzərdə tutulmuş ərazidə tapılıb. Qəbirlər üzü şərqə basdırılmış formadadır.

Hazırda ərazidə qazıntı işləri davam etdirilir.