Ölkə

Ceyhun Bayramov görüşün uzun çəkməsinin səbəbini açıqladı

Ceyhun Bayramov görüşün uzun çəkməsinin səbəbini açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskvada texniki fasilələr də nəzərə alınmaqla, danışıqlar 11 saat davam edib. Ermənistan görüş zamanı o qədər mənasız, texniki məsələlər qaldırdı ki, onlara görə çox vaxt gedirdi”.

7times.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Moskva görüşünün uzun çəkməsini şərh edərkən deyib.

O qeyd edib ki, Ermənistan tərəfi əhəmiyyətsiz şərtlər irəli sürürdü, lakin onların heç birini qəbul etmədik. Nazir əlavə edib ki, görüş zamanı texniki fasilələr verilirdi, məsləhətləşmələr aparılıdı.

“Bu tələblər o qədər mənasızdır ki, bunun üzərində dayanmağa dəyməz”, – deyə nazir bildirib.