Aktual

“Çıxış yolu olmayan Putinlə nə edəcəyimiz aydın deyil…”

“Çıxış yolu olmayan Putinlə nə edəcəyimiz aydın deyil…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Putin tsuqtsvanq” vəziyyətinə düşüb: o, bu müharibəni uda bilməz, amma geriyə də çəkilə bilməz”
ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin çıxılmaz vəziyyətə düşməsindən narahatlığını ifadə edib.
Moderator.az xəbər verir ki, bu barədə o, Vaşinqton ətrafında baş tutan bir xeyriyyə tədbirində çıxış edərkən danışıb. Məlumatı Ağ ev yayıb.
Bayden qeyd edib ki, Putin səhvən güman edirdi ki, Ukraynaya hərbi müdaxilə etməklə NATO və Avropa İttifaqını dağıdacaq. Lakin bunun əvəzinə ABŞ və bir çox Avropa ölkələri Ukraynanın tərəfini tutub.
Amerika prezidenti Putini öz xeyrini bilən adamdır, lakin problem bundadır ki, “indi onun çıxış yolu yoxdur”. “Mən bizim onunla nə edəcəyimizi anlamağa cəhd edirəm”, – Bayden deyib.
Bayden kimi, bir çox analitiklər də hesab edir ki, Putin “tsuqtsvanq”dadır. Ukraynaya bundan sonra da hücum cəhdləri Qərbin onsuz da rekord sayda sanksiyalarını daha da sərtləşdirəcək, Rusiya iqtisadiyyatının qalıqlarını məhv edəcək, hər iki döyüşən tərəfin itkilərini daha da artıracaq.
Lakin Ukraynaya Qərbdən gələn silahlar səbəbindən Putin bu müharibəni uda bilməz, elə döyüş əməliyyatlarını başa çatdırıb qoşunlarını çıxara bilməz. Belə olacağı təqirdə o, öz “saray oliqarxları”ın, xalqının və azsaylı müttəfiqlərinin gözündə simasını itirə bilər, bu isə fiziki də olmasa, siyasi ölümə bərabər olardı.
Belə vəziyyətə görə ekspertlər Rusiyanın uğursuz müharibədə son dəlil kimi Ukraynaya və ya NATO ölkələrinə nüvə zərbəsi endirə biləcəyindən ehtiyat edir.