Kriminal

Çörək sexinə basqın edən maskalı şəxs axtarılır

Çörək sexinə basqın edən maskalı şəxs axtarılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində naməlum maskalı şəxs çörək sexinə basqın edib.

7times.az-ın verdiyi xəbərə görə, hadisə martın 1-i gecə saat 01 radələrində baş verib. Naməlum maskalı şəxs şəhərin Mircəlal Paşayev küçəsində yerləşən çörək sexinə basqın edərək əlindəki bıçaqla orada işləyən 1977-ci il təvəllüdlü Müşfiq Əliyevi hədələyib.

Həmin şəxs bu yolla kassada olan 95 manat pulu götürərək hadisə yerindən qaçıb.

Gəncə RPİ tərəfindən müəyyən edilərək saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. qafqazinfo