Gündəm

“Çörəkverən nazir” Latviyadakı hotelini niyə bağladı? – Deputatın arvadı hotelin…

“Çörəkverən nazir” Latviyadakı hotelini niyə bağladı? – Deputatın arvadı hotelin…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəmaləddin Heydərov 3 ildən bəridir ki, Riqadakı “Roma” otelinə müştəri tapa bilmir.

7Times.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Cavanşir Həsənli özünün “Facebook” səhifəsində yazıb.

Məlumata əsasən, Riqanın mərkəzində yerləşən otel hazırda satışdadır, lakin Heydərovun otelə çəkdiyi 13.2 milyon avroluq xərcə baxmayaraq baha hesab olunur.

“Satışın səbəbi bəlli olmasa da, böyük ehtimalla bu, Heydərovun öz biznesini bütünlüklə Avropadan çıxarıb daha təhlükəsiz hesab etdiyi Birləşmiş Ərəb Əmirliklərində cəmləşdirmək niyyəti ilə bağlıdır.

Otel Heydərova məxsus “BENKONS” MMC-nin Latviya filialının mülkiyyətindədir. Fövqəladə hallar naziri oteli bağlamaq qərarı ilə bağlı administrator Linda Murnieseni ötən ilin payızında işdən azad edib. Linda xanım siyasətçidir, Latviyanın keçmiş daxili işlər və müdafiə naziri olub. Nazir kimi dəfələrlə Bakıda rəsmi səfərdə olub. Onun keçmiş həyat yoldaşı Livan mənşəli ərəb Hosam Ebu Meri də siyasətçidir və Latviya parlamentinin deputatıdır”, – deyə jurnalist yazır.

Qeyd edək ki, ictimaiyyət içərisində və bəzi media portallarında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov “Çörəkverən nazir” kimi də tanınır.

7Times.az