Ölkə

“Cundullah”a rəhbərlik edən azərbaycanlı – DTX rəisi kimlərə xəbərdarlıq etmişdi?

“Cundullah”a rəhbərlik edən azərbaycanlı – DTX rəisi kimlərə xəbərdarlıq etmişdi?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əbu Hənifə əl-Azəri” ləqəbli azərbaycanlının başçılıq etdiyi “Cundullah” qruplaşmasının Suriyada döyüşdüyü bir vaxtda Əli Nağıyevin qanunsuz silahlı birləşmələrə qoşulmuş  vətəndaşlarla bağlı xəbərdarlığı xüsusi diqqət çəkir; deputatdan və təhlükəsizlik ekspertindən maraqlı açıqlamalar

Yaxın Şərqdəki ekstremist silahlı birləşmələrdə azərbaycanlıların olması yeni fakt deyil. Bu günə kimi İŞİD, “Əl-Qaidə” kimi terrorçu qruplaşmalarda təkfirçi azərbaycanlıların döyüşməsi və ölməsi ilə bağlı dəfələrlə xəbərlər yayılıb. Bəziləri isə vətənə qayıtdıqdan sonra hakimiyyət orqanları tərəfindən həbs ediliblər. Amma belə görünür ki, belə faktlar hələ də var və müsbət haldır ki, dövlət orqanları bunları fiksə edərək nəzarət altında saxlayırlar.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Təhlükəsizlik Şurası katibi xidmətinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda keçirilən kursun panel-seminarlarında səslənən fikirlər də xüsusi xidmət orqanlarının bu məsələni diqqətdə saxladıqlarını təsdiqləyir.

Belə ki, kursun açılış mərasimində Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, DTX-nın rəisi general-polkovnik Əli Nağıyev ciddi maraq doğuran çıxışlar ediblər. R.Usubov çıxışında deyib ki, son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar. O, bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq-mühafizə orqanlarının birgə effektiv mübarizə apardığını vurğulayıb.

Əli Nağıyev (general) — Vikipediya

Əli Nağıyev 

DTX-nın rəisi general-polkovnik Əli Nağıyev isə ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib, bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsinin də narahatlıq doğuran məsələlərdən biri olduğunu və həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin də daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. DTX rəisinin çıxışında qanunsuz silahlı birləşmələrə qoşulmuş Azərbaycan vətəndaşları ilə bağlı xəbərdarlığı xüsusi diqqət çəkir. Görünür ki, belə faktlar mövcuddur və narahatlıq üçün əsas var.

İŞİD-çilərin uşaqları Azərbaycana gətirildi - SON DƏQİQƏ xəbəri

Elə bu arada məlum olub ki, ailələri İŞİD üzvü olan onlarla azyaşlı Azərbaycanın Bağdaddakı səfirliyinə təhvil verilib. Bunu İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Əl-Səhaf bəyan edib. Onun sözlərinə görə, diplomatik nümayəndəliklə İraq XİN və Ədliyyə nazirlikləri arasındakı koordinasiya əsasında İŞİD terrorçularının 38 övladı öz evlərinə qaytarılmaq üçün Azərbaycan səfirliyinə təhvil verilib. DTX rəhbərinin açıqlaması və yayılan bu xəbərlər əsnasında o da aydın olur ki, azərbaycanlılardan ibarət “Cundullah” qruplaşması Türkmən dağında qanlı döyüşlər aparır. Oktyabrın 27-də bu haqda “Al Mayadeen” nəşri bildirirdi. Xəbərdə bildirilirdi ki, Suriyanın şimalında, Latakiyə bölgəsində “Əl-Qaidə”nin bazasında yaradılmış “Həyyat Təhrir əş-Şam” cihadçı qruplaşması Türkmən dağında mənzillənmiş, əsasən azərbaycanlılardan ibarət olan “Cundullah” radikal qruplaşmasına qarşı şiddətli döyüşlər aparır. Bir vaxtlar həmin qruplaşma “Həyyat Təhrir əş-Şam” qruplaşmasına daxil idi, amma sonradan onların arasında ziddiyyətlər yaranıb.

Bildirilir ki, hazırda bölgədə üzvləri əsasən xaricilərdən ibarət olan iki azsaylı qruplaşma – “Əbu Müslim əl-Şişani” ləqəbli çeçenin rəhbərlik etdiyi “Cund əl-Şam” və “Əbu Hənifə əl-Azəri” ləqəbli azərbaycanlının başçılıq etdiyi, təxminən 150 cihadçıdan ibarət “Cundullah” qruplaşması “Həyyat Təhrir əş-Şam” qruplaşması arasında amansız mübarizə gedir. DTX rəisinin ölkənin təhlükəsizliyinə həsr edilmiş tədbirdə bu məsələni gündəmə gətirməsi də sözügedən narahatlığın göstəricisi sayıla bilər. Bəs niyə hələ də özgə torpaqlarda, mənasız iç savaşlarda azərbaycanlılar ölməlidir? Bu cür şəxslər yenə hansı yalanlar və vədlərlə silahlı qruplaşmaların tərkibinə cəlb edilirlər?

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov “Yeni Müsavat”a bildirdi ki, DTX kurslarının açılış mərasimində səslənən fikirlər kifayət qədər əhəmiyyətlidir. Onun sözlərinə görə, tədbirdə dövlət təhlükəsizliyinin təmin olunması üçün görülmüş və görüləcək işlər haqda danışılıb:

“Eyni zamanda xaricdə və daxildə bəzi qruplara xəbərdarlıq edildi. Bu xəbərdarlıq ondan ibarətdir ki, əgər həmin qruplar öz qanunsuz hərəkətlərindən əl çəkməsələr, daha sərt və ciddi tədbirlər görüləcək. Bilirsiniz ki, bu yaxınlarda ciddi addımlar atıldı, müxtəlif istiqamətlərdə həbs edilənlər oldu. O deməkdir ki, hüquq-mühafizə orqanlarımız işinin öhdəsindən yüksək səviyyədə gəlirlər. Amma təəssüf ki, Suriyada və İraqda hələ də belə azərbaycanlılar var. Üstəlik, onlar ailələri ilə gediblər. Onların arasında elələri var ki, qrup üzvü kimi döyüşlərdə ölüblər və ailələri başsız qalıb. Buna baxmayaraq, Azərbaycan dövləti qayğı göstərib onların ailələrini, uşaqlarını himayəsinə götürür, vətənə gətirir. Bu proses indi də davam edir”.

Ermənidirsə, demək, türk düşmənidir, vəhşidir"- Elman Məmmədov » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Elman Məmmədov

E.Məmmədov hesab edir ki, bu, dövlətin vətəndaşına qayğısıdır: “Ancaq o demək deyil ki, onlar gedib cinayətkar qruplaşmaya qoşulmalıdırlar. Bu şəxslər bilməlidirlər ki, hamısı qeydiyyatdadır və qeyri-leqal yolla Azərbaycana keçəndə həbs edilirlər. Əfsus ki, onlar buraya gələndə də sakit dayanmırlar, dövlətin əleyhinə planlarını həyata keçirməyə cəhd göstərirlər, amma dövlət kifayət qədər ciddi tədbirlər görür. Sadəcə, ölkə daxilində hansısa xarici qüvvələr tərəfindən maliyyələşən, Qarabağdakı qələbəni həzm edə bilməyən qruplar var. Onlar qabarıq şəkildə özlərini göstərirlər və bir hissəsi radikal dini qruplarda, bir qismi radikal müxalifət imicindədirlər”.

Deputat onu da bildirdi ki, torpaqlarımızın işğalda olduğu vaxtda da bu cür qruplaşmalara qoşulanlar var idi, Vətən müharibəsi oldu, yenə onlar mövcuddurlar: “Əgər vətənpərvərsən, döyüşkənsən, gəl öz millətin, torpağın üstündə vuruş. Çox təəssüf ki, bu məsələdə maliyyə önə çəkilir, ona görə ailələrini götürüb gedirlər. Təbii ki, bəyənilməz haldır. Arzu edərdim ki, həyatlarını puç etməsinlər və qayıtsınlar. Əgər günahları yoxdursa, dövlət bağışlayacaq”.

Sülhəddin Əkbər: “Heç bir panika olmayacaq, sadəcə ayıq-sayıq olmaq lazımdır” | Report.az

Sülhəddin Əkbər

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbər qeyd edib ki, Yaxın Şərqdə olan silahlı qruplaşmalara Azərbaycandan qoşulanların hələ də olmasının bir neçə səbəbi var: “Burada ideoloji-dini və siyasi, həmçinin iqtisadi, o cümlədən xüsusi səbəblər var. Bizə dini-ideoloji səbəbləri aydındır, İran vasitəsilə cəlb olunurlar, maddi tərəfi də məlumdur, dövlətlər və qeyri-dövlət qurumları muzdluların döyüşlərə cəlb olunması ilə məşğuldurlar, xüsusi səbəbə gəldikdə isə maraqlı ölkələrin yanaşması var”.

S.Əkbərin sözlərinə görə, MDB xüsusi xidmət orqanları Moskvadan təlimat almışdı: “Ki, ekstremist qüvvələri ölkədən çıxarın, gedib qaynar nöqtələrdə ya öləcəklər, ya da qayıdışına imkan verməyin. Bununla da bölgə ekstremistlərdən təmizlənmiş olar. Ona görə bu cür qüvvələr hələ də var. Amma Azərbaycandan daha çox Şimali Qafqazdan silahlı birləşmələrə qoşulanlar çoxdur. Həmçinin özbəklər çoxdur. Ümumən, Şimali Qafqaz və Mərkəzi Asiya üstündür, Azərbaycandan gedənlər müqayisədə azdır”.