Ölkə

Daha 33 şagirddə koronavirus aşkarlandı

Daha 33 şagirddə koronavirus aşkarlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən bildirilib ki, oktyabrın 15-də 14 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 33 şagird və 12 işçidə koronavirus aşkarlanıb.

Ötən gün 8 sinif və 7 məktəb distant təhsilə keçib. Əyani təhsilə qaytarılmış siniflərin sayı 3 olub.

İndiyə qədər ölkə üzrə 37 məktəb, 60 sinifdə əyani tədris dayandırılıb və distant təhsilə keçirilib.