Aktual

Daha bir ölkəyə İŞĞAL TƏHLÜKƏSİ: “Yay aylarında…”

Daha bir ölkəyə İŞĞAL TƏHLÜKƏSİ: “Yay aylarında…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Ukraynada məğlub olarsa, Çin Tayvanla bağlı planlarını reallaşdırmaqdan çəkinəcək”.

Moderator.az xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində bildirilib.

 

Məqalədə Tayvanın taleyinin Ukraynada həll olunduğu deyilib:

“Rusiya Ukraynada yeni şəhər və qəsəbələri işğal etməyə çalışır. Döyüşlərin yay aylarında şiddətlənəcəyini proqnozlaşdırmaq olar. Rusiya Ukraynanın strateji Mariupol şəhərini işğal etdikdən sonra əsas qüvvələrini Severodonetsk şəhəri ətrafında cəmləşdirib. Döyüşlər şəhərdə davam edir. Rusiya ordusunun məqsədi şəhəri mühasirəyə alaraq Maripolda olduğu kimi Ukrayna hərbçilərini əsir götürməkdir.

Böyük Britaniyanın “Daily Express” nəşrinə görə, Pekin Rusiya-Ukrayna müharibəsini diqqətlə izləyərək, mövcud vəziyyətə uyğun qərarlar verəcək. Nəşr bildirib ki, Rusiya ordusu Ukraynada işğal ərazisini genişləndirərsə, Çinin Tayvan adasını ələ keçirmək istəyi artacaq. İndinin özündə Çin Tayvan adası ətrafında hərbi təlimlər keçirir, hərbi təyyarələri ada üzərində təhlükəli manevrlər edir.

“Çin Kommunist Partiyası Çindən 160 kilometr məsafədə yerləşən demokratik Tayvana nəzarət etmək planlarından imtina etməyib. Çindəki təbliğat Rusiyanın Ukraynada uğurları haqqında məqalə və reportajlar yayımlayır. Bu təbliğat Tayvana qarşı hərbi əməliyyat təhlükəsini artırır”, – ingilis nəşri yazıb”.

Məqalədə qeyd edilib ki, ABŞ Ukrayna ilə yanaşı, Tayvanın gələcək taleyini də düşünmək məcburiyyətindədir:

“ABŞ Prezidenti Co Bayden ötən həftə verdiyi açıqlamada Çinin Tayvana hücum edəcəyi halda, Amerikanın ada ölkəsini müdafiə edəcəyini bildirib. Yəni Amerika Tayvana görə Çinlə müharibə etməyə hazırdır. Vaşinqtonun bu mesajı Pekini Tayvanla planlarından çəkindirəcəkmi? Bu sualına cavabı Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq.

Rusiya Ukraynada məğlub olarsa, Çin Tayvanla bağlı planlarını reallaşdırmaqdan çəkinəcək. Əgər Rusiya Ukraynada uğur qazanarsa, Tayvan üçün də ciddi təhlükə yaranacaq”.