Kriminal

Daş karxanasında narkotik becərən şəxsdən XƏBƏR VAR

Daş karxanasında narkotik becərən şəxsdən XƏBƏR VARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Narkotik vasitələrin və psixotrop maddәlәrin qanunsuz dövriyyәsində təqsirli bilinən Xaçmaz rayon sakini Mircavad Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

7times.az xəbər verir ki, Unikal.org-un məlumatına görə, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən işə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 237.2.3-cü (Külli miqdarda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, A.Mircavad ötən il mühafizəçi kimi çalışdığı daş karxanasının ərazisində 41 ədəd çətənə kolu yetişdirdiyi üçün saxlanılıb.

Dindirilmə zamanı M.Ağayev çətənə kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.