Manşet

Dənizdə partlayan tankerdi? – Rəsmi açıqlama

Dənizdə partlayan tankerdi? – Rəsmi açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə baş vermiş partlayışın tankerdə meydana gəlməsi iddiasına münasibət bildirib.

7times.az-ın məlumatına görə, qurumun mətbuat katibi Mehman Mehdiyev bildirib ki, bu xəbər doğru deyil:

“Sosial şəbəkələrdə Xəzər dənizində baş verən hadisənin tankerdə partlayışın olması ilə əlaqələndirənlər də var. Bu kimi məlumatlar insanlar arasında bir qədər çaşqınlıq yaratdığından bildirmək istərdik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasına məxsus hər hansı gəmidə partlayış baş verməyib”.