Aktual

Deputat AÇIQLAMA VERDİ: “Rusiyadakı soydaşlarımız…”

Deputat AÇIQLAMA VERDİ: “Rusiyadakı soydaşlarımız…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qismən səfərbərlik elan olunandan sonra Azərbaycana axın edən soydaşlarımızın sayı artıb.

Ölkəmizin quru sərhədləri hələ də bağlı olduğundan, Azərbaycana əsasən, hava yolu ilə gəlirlər. Hazırda böyük bir panika yaşanır. Bəziləri quru sərhədlərin açılmalı olduğunu bildirsə də, digər bir qism insanlar buna ehtiyac olmadığını deyirlər. Azərbaycan hökuməti Rusiyada yaşayan vətəndaşları ilə bağlı hansı addımları atmalıdır?

7Times.az  xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, bütün imkanlarımızla soydaşlarımıza kömək etməliyik:

“Rusiya vətəndaşı olmayan, lakin orada çalışan soydaşlarımızın müharibəyə aparılması mümkün deyil. Birinci növbədə onların hüquqlarını qorumalıyıq. Lakin Rusiya vətəndaşlığını qəbul edən azərbaycanlıların da ölkəmizə gəlməsi üçün müəyyən şərait yaratmalıyıq. Onlar bütün hallarda bizim vətəndaşlardır. Hansısa ölkədə döyüşüb həlak olsalar, bu, bizim bazamızdan gedən insanlardır. Ona görə də bu şəraitdə müəyyən yollar tapmalıyıq. Hər halda bu insanlarla bağlı bizim bir strategiyamız olmalıdır. Krım tatarları etiraza qalxıblar ki, onların genefondu məhv olur. Eyni şey azərbaycanlılara qarşı da edilir. Ona görə də çalışmalıylq ki, azərbaycanlılar bu müharibənin iştirakçısı olmasın. Təbii ki, kimlərsə könüllü şəkildə hansısa tərəfdə vuruşa bilər. Bütövlükdə soydaşlarımızın bu müharibənin iştirakçsı olması bizim marağımıza uyğun deyil. Azərbaycanlı öz vətəni üçün döyüşmək lazımdırsa, döyüşməlidir. Bu baxımdan hamımızı narahat edən məqamda hökumətin hansısa proqramı olmasından xəbərsizəm. Amma hansısa yollarla soydaşlarımıza kömək etmək lazımdır”.

 

F.Mustafa sərhədlərin açılması ilə bağlı vəziyyəti də şərh edib:

“İndiki məqamda sərhədlərin açılması doğru deyil. Çünki indiyə qədər bağlı qalıbsa, gərgin bir vəziyyətdə bunu açmaq Azərbayacana böyük bir axının başlaması deməkdir. Bu yükü qaldırmaq xeyli çətindir. Amma orada yaşayan azərbaycanlıların Vətənə gəlməsinə şərait yaratmaq lazımdır. Onlar yalnız Azərbaycan naminə döyüşlərdə iştirak edə bilər. Başqa ölkənin siyasi marağı üçün döyüşmələri bizim işimizə yaramır. Biz bunu hüquqi bir məsələ kimi etməməliyik. Sadəcə, real vəziyyətdən çıxış edərək, imkan yaratmalıyıq ki, onlar Vətənə qayıda bilsin. Hüquqi tərəf odur ki, Rusiya vətəndaşıdırsa, bundan yayınmaq imkanı çətin olacaq. Hər halda biz soydaşlarımıza sahib çıxmağın yolunu tapmalıyıq”.