Ölkə

Deputat SOCAR-ı tənqid etdi: “Ölkədən valyuta axının qarşısını almaq lazımdır”

Deputat SOCAR-ı tənqid etdi: “Ölkədən valyuta axının qarşısını almaq lazımdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

170 illik neftçıxartma tarixi olan Azərbaycanda Dövlət Neft Şirkəti (SOCAR) hələ də keyfiyyətli benzin istehsalını qura bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, ölkəyə “Aİ-95” və “Aİ-98” markalı benzini idxal edən SOCAR son zamanlar bu yanacağın qiymətini dəfələrlə qaldırıb.

Bu növ benzinin bahalaşmasının büdcəyə əlavə vəsait daxil olması ilə birbaşa əlaqəsi yoxdur – yəni, SOCAR “Aİ-95”in qiymətini 15 qəpik artırdısa, bu o demək deyil ki, həmin 15 qəpik büdcəyə gedir. Vəsait SOCAR-a daxil olur.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycana idxal edilən benzinin qiymətlərində artımın qarşısının alınması üçün həmin marka yanacaqların yerli istehsalının daha qısa zamanda təşkili vacibdir.

“SOCAR 2021-ci ildə Avro-5 standartına cavab verən dizel, 2022-ci ildə uyğun keyfiyyətdə benzin yanacağı istehsalını hədəfləsə də hələlik ölkəmizdə yalnız Aİ-92 markalı benzin və dizel email olunur.

Avro-5 standartına uyğun benzin istehsalı bir tərəfdən “Aİ 95” və “Aİ 98” markalı benzinin qiymətinin optimallaşmasına və onun xarici bazarla əlaqəsinin kəskin azalmasına, digər tərəfdən isə idxal nəticəsində ölkədən valyuta axının qarşısını alınmasına səbəb ola bilər”,-deyə deputat bildirib.

V.Bayramov qeyd edib ki, Avro-5 standartına uyğun benzin əsasən Rusiya və Ruminyadan Azərbaycana idxal olunub: “Belə ki, idxal edilən benzinin 60 faizdən çoxu şimal qonşumuzun payına düşüb. Bu məhsul idxalına görə, bu ilin ilk yarısında Rusiyaya 31 milyon 343 min dollar, Ruminyaya isə 18 milyon 180 min dollar ödəmişik.

2020-ci ildə isə Azərbaycan 58 milyon 615 min dollar (99 milyon 646 min manat) dəyərində “Aİ-95” benzini idxal edib. Bu əvvəlki il ilə müqayisədə həcm ifadəsində 80,3%, dəyər ifadəsində isə 44,2% çox olub. Rəsmi rəqəmlərdən göründüyü kimi, Avro-5 standartına uyğun benzinin yerli istehsalının olmaması idxal nəticəsində hər il 100 milyon manata yaxın valyutanın ölkədən çıxmasına səbəb olur. Yerli istehsalın təşkil edilməsi isə həmin vəsaitin ölkədə qalmasına imkan verə bilər.

Bu baxımdan, idxal olunan yanacağın qiymətlərinin optimallaşması və qiymət artımlarını qarşısının alınması üçün daha qısa zamanda yerli istehsalın təşkil edilməsi və idxalın məhdudlaşdırılmasına ehtiyac var. Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bunun daha qısa zamanda təşkil edilməsi xammal və texnoloji baxımdan hər hansı çətinlik yaratmır”.