Ölkə

Deputat vəzifəsindən azad edildi

Deputat vəzifəsindən azad edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Sədaqət Vəliyeva sahiyyə sahəsində tutduğu vəzifədən azad edilib.

7times.az xəbər verir ki, məlumata görə, deputat baş həkim vəzifəsindən çıxarılması üçün özü TƏBİB-ə müraciət edib. TƏBİB də xanım deputatın müraciətini nəzərə alaraq işdən çıxarılmasını təmin edib.

Qeyd edək ki, Sədaqət Vəliyeva 2006-cı ildən Nizami rayonu 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi idi.

Xatırladaq ki, Sədaqət Vəliyeva 25 saylı Nizami İkinci Seçki Dairəsinin deputatı,  YAP Nizami Rayon Təşkilatının sədridir.Modern.az