Ölkə

Deputatdan Ramiz Mehdiyevə: “Cavabını verəcəyik”

Deputatdan Ramiz Mehdiyevə: “Cavabını verəcəyik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev Milli Məclisin 15 deputatını məhkəməyə verib. R.Mehdiyev məhkəməyə təqdim etdiyi iddia ərizəsində deputatların ona böhtan atdıqlarını, təhqir etdiklərini və işgüzar nüfuzunu ləkələdiklərini iddia edib.

7times.az xəbər verir ki, məhkəməyə verilənlər siyahısında olan Milli Məclisin deputatı Məlahət İbrahimqızı mövzu ilə bağlı Yenisabah.az-a danışıb.

Millət vəkili qeyd edib ki, R.Mehdiyevin deputatların adını çəkməsi avqustda – məlum toy hadisəsindən bir müddət sonra olub:

“Bu dəqiqə müharibədən çıxmışıq deyiləcək nə qədər sözlər, görüləcək işlər var. Amma cəmiyyət üçün ən lazımsız işlərlə məşğul oluruq. Bu məsələ yayda olmuşdu, avqust ayında iddia ərizəsində adları çəkilən hər kəs məsələ ilə bağlı öz münasibətlərini bildirdilər və məsələ bitdi. Hazırda mediada yenidən tirajlanan o yazı köhnədir, arxivdən çıxarıblar. Belə məsələ olmuşdu, biz də cavabını verdik. İndi bunu yenidən gündəmə gətirmək lazım deyil. Məhkəməyə verəndə də cavabını verəcəyik, öz mövqeyimizi bildirəcəyik. Beşinci dəfədir millət vəkili seçilirəm, 62 yaşım var, bir məsələyə nə qədər münasibət bildirim? Bunu yenidən gündəmə gətirmək ayıb deyilmi? Bundan başqa mövzumuz, gündəmimiz yoxdurmu?” – deyə, M.İbrahimqızı bildirib.