Sağlamlıq

Döş xərçəngi xəstəliyinin müalicəsi ilə bağlı yeni üsul aşkarlanıb

Döş xərçəngi xəstəliyinin müalicəsi ilə bağlı yeni üsul aşkarlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kaliforniya ştatının Duarte şəhərindəki Xərçəng Tədqiqat İnstitutunun həkimləri süd vəzisi xərçəngi xəstəliyinin hormonal müalicəsinin effektivliyinin qara və ağ dərili qadınlarda fərqli olduğunu müəyyən ediblər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, elmi tədqiqatın nəticələri Filadelfiyada Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının konfransında təqdim olunub.

Qeyd edilib ki, estrogen və progesteron reseptorları olan döş şişləri adətən hormon terapiyası ilə müalicə olunur. Bu növlər bütün döş xərçənginin təxminən 70 %-ni təşkil edir. Demək olar bütün xəstələr, irqindən asılı olmayaraq, hormon terapiyası alırlar. Bununla belə, qaradərili qadınların ağdərili qadınlara nisbətən bu növ xərçəng xəstəliyindən ölmə ehtimalı dörd dəfə çoxdur ki, bu da mövcud yanaşmaların səmərəsiz olduğunu göstərir.

 

Tədqiqatçılar əməliyyatdan əvvəl hormon terapiyası alan 3 500 ağdərili qadın və 1-3 mərhələdə döş xərçəngi olan 365 qaradərili qadını tədqiq ediblər. Məlum olub ki, diaqnoz zamanı qaradərili qadınların limfa düyünlərində xərçəng xəstəliyinə tutulma ehtimalı ağdərili qadınlara nisbətən 1,6 dəfə və 3-cü mərhələ xəstəliyinə tutulma ehtimalı 1,5 dəfə çoxdur. Bununla belə, qaradərili qadınların xərçəng xəstəliyinə səhv diaqnoz qoyulma ehtimalı 2,6 dəfə çox olub.

Ümumilikdə, qaradərili qadınların xərçəng erkən aşkar edilərsə, ağdərili qadınlardan təxminən üç dəfə daha aşağı səviyyəyə düşmək və ya yox olmaq ehtimalı olub. Daha yüksək nisbətlərdə, ağ və qaradərili qadınlar yerlərini dəyişiblər: ağdərili xərçəng xəstələri qaradərililərə nisbətən hormon müalicəsinə daha yaxşı cavab verib. Alimlərin kəşfi o deməkdir ki, hormon terapiyası inkişaf etmiş xərçəng xəstəliyi olan qaradərili qadınlar üçün uyğun olmaya bilər.