Manşet

Dövlət başçısı BƏƏ Prezidentinə başsağlığı verdi

Dövlət başçısı BƏƏ Prezidentinə başsağlığı verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana başsağlığı verib.

7Times.az xəbər verir ki, başsağlığında deyilir:

“Əlahəzrət,

Qardaşınız – Əbu-Dabi Əmirinin Nümayəndəsi Şeyx Səid bin Zayed Al Nəhyanın vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”.