Ölkə

Dövlət başçısı: “İtaliya hər zaman bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərimizi dəstəkləyib”

Dövlət başçısı: “İtaliya hər zaman bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərimizi dəstəkləyib”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Biz Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edirik. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib. İtaliya hər zaman bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərimizi dəstəkləyib”.
Bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib.
“Əlbəttə, bu gün Bakını İtaliya sahilləri ilə birləşdirən 3500 kilometrlik enerji körpüsü enerji təhlükəsizliyi körpüsüdür. Bu, təkcə İtaliyaya şamil edilmir. Əminəm ki, İtaliya Azərbaycanın karbohidrogen resurslarını Avropanın digər yerlərinə ötürəcək ölkə olacaqdır.
Beləliklə, burada enerji seqmenti, iqtisadiyyat və ticarətin inkişafı mövzuları var. İtaliya bizim əsas ticarət tərəfdaşımızdır. Bundan başqa, təhsil, mədəniyyət və bir sıra digər sahələr var. Yəni, strateji tərəfdaşlıqla bağlı bəyanat fəaliyyətdədir”, – dövlət başçısı qeyd edib.