Ölkə

Duman olacaq, külək əsəcək – PROQNOZ

Duman olacaq, külək əsəcək – PROQNOZbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında sentyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 7Times.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.