Aktual

Dünya növbəti gərgin mərhələyə daxil olur: “Bu ölkələr arasında mübarizə gedəcək”

Dünya növbəti gərgin mərhələyə daxil olur: “Bu ölkələr arasında mübarizə gedəcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün Rusiyalı hərbi ekspert Mixail Xodaryonok dövlət televiziya kanalında Kreml təbliğatçısı Skabeyevanın verilişində bildirib ki, Rusiya ordusunun Ukraynaya qarşı müharibə aparmaq üçün texniki imkanları çatmır, silahları köhnədir və texnoloji baxımdan geri qalır – Ukrayna ordusu isə NATO ölkələrinin ən müasir silahları ilə təhciz olunub. Son günlər bu tipli açıqlamalar verən rus ekspertlərin sayında artım müşahidə olunur. Bu da istər-istəməz suallar doğurur.
Maraqlıdır, rəsmi Kremlin bu tip açıqlamalarda marağı nə ola bilər?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Anar Əliyevin sözlərinə görə, sözügedən müzakirələr onu göstərir ki, Rusiya müharibədən mümkün qədər az zərərlə çıxmağa çalışır:
“Çünki Rusiyada artıq dərk etməyə başlayırlar ki, Ukraynaya hərbi müdaxiləsi onun üçün qurulmuş tələ idi. Bu ölkə Qərb dövlətlərinin, ABŞ-ın təhrikinə uyaraq Ukraynaya işğal hücumu etdi və nəticə olaraq, ciddi problemlərlə üz-üzə qaldı. Xüsusilə də?  Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar bura aiddir və qarşıdakı aylarda da bu proses öz nəticələrini daha geniş şəkildə göstərəcək. Bunu dərk edən rəsmi Kreml Rusiya cəmiyyətini artıq tək Ukrayna və oradakı neofaşist qüvvələrə qarşı deyil, həm də bu gün Ukraynanın arxasında dayanıb Rusiyanı çökdürməyə çalışan böyük güclərlə mübarizə apardığını inandırmağa çalışır. Bununla da yaxın günlərdə atıla biləcək addımlara, xüsusilə də Donetsk və Luqansk ərazilərindən kənardakı hərbi əməliyyatların dayandırılması ehtimalına haqq qazandırmağa cəhd edirlər. Hesab edirəm ki, ötən ilin sonlarından başlayaraq Rusiyanın Ukraynada hərbi əməliyyatlara təhrik edilməsi, əsasən Rusiyanın qlobal güc statusunun əlindən alınması, eyni zamanda ABŞ və onun Qərb müttəfiqlərinin Orta Asiya – Çinlə bağlı hədəflərinə mane törədə bilməyəcək bir vəziyyətə gətirilməsi məqsədi daşıyırdı”.
Müsahibimiz qeyd edib ki, Qərbi Avropa və ABŞ demək olar, bu hədəflərinə nail ola biliblər:
“Artıq Rusiya kifayət qədər zəiflədilib, hərbi gücü ilə bağlı dünyada mövcud olan rəyə ciddi zərbə vurulub. Bundan sonra Rusiyanın ABŞ və onun müttəfiqlərinə qarşı açıq müqavimət göstərə biləcəyi isə sual doğurur. Fikrimcə, ABŞ və onun Qərb müttəfiqlərinin əsas hədəfi Çin və Türkiyə olacaq. Rusiya bu prosesdən tam məğlub edilərək çıxarılacaq. Bunu dərk edən Çin və Türkiyə dövlətləri də Rusiyaya qarşı atılan addımlara, sanksiyalara qoşulmadılar. Bu fonda hesab edirəm ki, dünya növbəti gərgin mərhələyə daxil olur. Bu gərginlik ABŞ və onun NATO müttəfiqləri, xüsusilə də Qərbi Avropa dövlətləri ilə Çinin və Türkiyənin mübarizəsindən ibarət olacaq. Lakin  ABŞ və onun NATO müttəfiqlərinin Rusiyadan fərqli olaraq, sözügedən iki dövlətlə mübarizədə bu qədər effekli nəticələr əldə etmək şansları kifayət qədər azdır. Çünki bu dövlətlərin çox ciddi iqtisadi gücləri var və eyni zamanda onlar Rusiyadan fərqli olaraq, proseslərə güc tətbiq etməklə deyil, soyuqqanlı yanaşma nümayiş etdirirlər”.