Münaqişə

Düşmən OBA marketi atəşə tutdu

Marketin fəaliyyəti müvəqqəti dayandırıldığı üçün xəsarət alan olmayıb.

Düşmən OBA marketi atəşə tutdubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan OBA marketlər şəbəkəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəki OBA marketin Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalması ilə bağlı məlumat yayıb.

7times.az xəbər verir ki, məlumatda daim işğalçılıq siyasəti yürüdən Ermənistanın çirkin və qeyri-insani əməllərindən çəkinməyək Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalini atəşə tutduğu bildirilib.

Qeyd olunub ki, oktyabrın 11-də düşmənin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ağır artilleriya atəşinə tutması zamanı mərmilərdən biri də kənddəki OBA marketə düşüb. Nəticədə mağaza tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı marketin fəaliyyəti müvəqqəti dayandırıldığı üçün xəsarət alan olmayıb.

“Hazırda 800-dən çox mağazası olan OBA Marketlər Şəbəkəsi işğal altındakı torpaqlarımızın tezliklə azad edilməsi və Cocuq Mərcanlı da daxil olmaqla azad edilən bütün ərazilərimizdə yeni OBA marketlərin açılışının həyata keçiriləcəyi günü səbirsizlə gözləyir”, – deyə məlumatda ifadə edilib.