Ölkə

Düşmənin motoatıcı alayının komandiri məhv edilib – Müdafiə Nazirliyi

Düşmənin motoatıcı alayının komandiri məhv edilib – Müdafiə Nazirliyibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan da həlak olub.