Sosial

Əhaliyə VACİB XƏBƏR: Elektron qaydada aparılacaq

Əhaliyə VACİB XƏBƏR: Elektron qaydada aparılacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.

 

7Times.az- ın xəbərinə görə, bununla bağlı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

 

Dəyişikliklə qanunun 4-cü maddəsinin 1-ci bəndi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq.

Qanunun hazırkı 4.1-ci bəndi belədir: “Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır”.

 

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.