Aktual

Ekspertdən ərzaq böhranı ilə bağlı ilginc açıqlama: “Məqsəd dünya əhalisini azaltmaqdır” 

Ekspertdən ərzaq böhranı ilə bağlı ilginc açıqlama: “Məqsəd dünya əhalisini azaltmaqdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada ərzaq qıtlığı yoxdur, süni yaradılmış ərzaq böhranı var”.

7Times.az bildirir ki, bunu sosioloq Elçin Bayramlı deyib.

O, bu istiqamətdə bir neçə fakt sadalayıb:

“İlk növbədə dünyanın hazırkı ərzaq istehsalı ən azı 15 milyard insanı təmin edəcək gücdədir. İkincisi, ABŞ-da ərzağın 50 faizi, Avropa İttifaqında 40 faizi zibilliyə atılaraq zay edilir. Təkcə ABŞ və Britaniyada israf olunan ərzaqla dünyadakı 1 milyard acı doydurmaq mümkündür. O cümlədən, spirt istehsalına sərf olunan taxıl qidaya sərf olunan taxıldan çoxdur. 2 milyard adam normadan 2-3 dəfə çox yeyir, 2 milyard adam normadan 2-3 dəfə az – 1 milyard adam isə acdır”.

Ekspert bildirib ki, bunun səbəblərini isə “qlobal mütəxəssislər” uzun illərdir vurğulayırlar:

 

“Onlar məsələni bu cür izah edir: dünya əhalisi çoxdur və bütün imkanlarla kəskin azaldılmalıdır. Məqsəd yeni dünya nizamı, yəni “qlobal zombi imperiyası” yaratmaq və qalan azsaylı insanları bir kompüterdən idarə etməkdir”.