Gündəm

Elçibəyin oğlu Kəmaləddin Heydərovu toyuna dəvət etdi: “Dəvətimin necə qarşılandığını…”

Elçibəyin oğlu Kəmaləddin Heydərovu toyuna dəvət etdi: “Dəvətimin necə qarşılandığını…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Toyuma dəvət edilənlərin siyahısını özüm hazırlamışam, ancaq yaxın qohumları çağırmışam, kənardan heç kimi dəvət etməmişəm”.

7Times.az xəbər verir ki, bunu Modern.az-a yaxın günlərdə toya hazırlaşan mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib. O, qohumlarından əlavə olaraq, bir neçə yaxın dost-tanışını da toya dəvət etdiyini, onların bəzilərinin xaricdən gələcəyini söyləyib:

“Toyda cəbhəçilərdən heç kim olmayacaq, heç kimi çağırmamışam. Sadəcə yaxın dostlarımdan bir neçəsini dəvət etmişəm. Bu qərarı həm də pandemiyaya görə qəbul etdim. Qaydalara əsasən, qonaq sayı az olmalıdır. Bu səbəbdən toya çağırılacaq qonaq sayını artıra bilmirəm”.

Fövqəladə Hallar Nazirliyində çalışan Ərturqut Əliyev nazir Kəmaləddin Heydərovu da toyuna dəvət edib:

“Kəmaləddin müəllim tərəfindən dəvətimin necə qarşılandığını bilmirəm, dəvətnamə çatıb, yoxsa çatmayıb, heç onu da bilmirəm. Amma Kəmaləddin Heydərovun adına dəvətnamə yazmışam”.

Xatırladaq ki, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ailə həyatı qurur. Ötən gün Naxçıvanda qız toyu olub, iyulun 30-da isə Bakıda oğlan toyu baş tutacaq.

Ərturqut Əliyevin həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır.