Aktual

Elçin Quliyev şəhid pilotların məzarlarını ziyarət edib

Elçin Quliyev şəhid pilotların məzarlarını ziyarət edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olan hərbi qulluqçular – polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib, onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.

 

7Times.az xəbər verir ki, Bu barədə DSX-nin Mətbuat Mərkəzindən Modern.az-a məlumat verilib.

 

Bildirilib ki, hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn ediliblər.

 

Hərbi qulluqçuların ailələrinə baş çəkilib və baş sağ­lığı verilib.