Gündəm

Eldəniz Səlimovu təhdid ediblər? – Baş Prokuror deputatların suallarını cavablandırdı

Eldəniz Səlimovu təhdid ediblər? – Baş Prokuror deputatların suallarını cavablandırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə deputat Eldəniz Səlimovun deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deputatlar çıxış edərək münasibətini bildirib.

Yekunda Baş priokuror Kamran Əliyev səslənən fikirlərə münasibətini bildirib, sualları cavablandırıb. K.Əliyev bildirib ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında təkcə Milli Məclis üzvləri barədə deyil, digər qurumların əməkdaşları haqda da təhqiramiz fikirlər yer açlır və prokurorluq orqanları bu məsələlərlə mübarizəni davam etdirir.

Baş prokuror K.Əliyev deputat Erkin Qədirlinin sualına cavabında bildirib ki, həmin vaxt polis zabiti vəzifəsini icra etməyib, sadəcə zəng edib onu çağırıblar. Buna görə də faktla bağlı 315-ci yox, 309-cu maddənin 2-ci hissəsi ilə cinayət işi qaldırılıb. Baş prokuror dedi ki, burada dövlətin nüfuzundan da söhbət gedir.

K.Əliyev deputat Qüdrət Həsənquliyevin əvvəllər E.Səlimova qarşı hansısa təhdidlərin olub-olmadığı barədə sualına cavabında bildirib ki, hələlik deputatla bağlı istintaq başlamadığı üçün onu dinləmək imkanı olmayıb: “Təbii ki, bu kimi hallar araşdırılacaq. Belə hallar varsa, hüquqi qiymət veriləcək. Ancaq əgər belə hallar olsa da, bunun üçün qanuni yollar var”.

Baş prokuror deputat Tahir Kərimlinin tərəfləri barışdırmaqla bağlı çağırışına reaksiyasında bildirib ki, bu, artıq başqa məsələdir və barışıq məsələsi deyil.

/// musavat.com