Ölkə

Elektrik qatarlarının cədvəlinə dəyişiklik ləğv olundu

Elektrik qatarlarının cədvəlinə dəyişiklik ləğv olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur.

7times.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarından məlumat verilib.

Sumqayıtdan saat 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki olduğu kimi saxlanılır.