Sosial

“Elmed” klinikasının həkiminə qarşı şok ittiham – FOTOLAR

“Elmed” klinikasının həkiminə qarşı şok ittiham – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaqub Asadi Bakı sakini olan xanımın burnunu kosmetik əməliyyat edərkən qeyri- peşəkarlığa yol verib

Şikayətçi Günel Cavadova ona ödədiyi 1200 AZN əməliyyat xərcini geri tələb edir

Bakı şəhəri, Abşeron rayonu, Mikayıl Muşfiq kuçesi ev 15-də yaşayan Cavadova Günel Mədət qızı tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi “Elmed” klinikasının həkimi Yaqub Asadini qeyri-peşəkarlıqda ittiham edir. Günel Cavadovanın sözlərinə görə, adıçəkilən həkim onun burnunu düzgün əməliyyat etməyib:

“Təxminən 4 ay əvvəl “Elmed” klinikasının həkimi Yaqub Asadinin qəbulunda oldum və burnumu kosmetik əməliyyat etdirdim. Çox təəssüf ki, həkimin qeyri-peşəkarlığı nəticəsində burnum əvvəkindən də pis vəziyyətə düşüb”.

G.Cavadova deyir ki, qarşılaşdığı problemlə bağlı həkim Y.Asadiyə şəxsən etirazını bildirib. Lakin qarşı tərəf onun iradlarını qəbul etməyərək, yaxın 6 ay müddətində problemin aradan qalxacağını, əks halda öz vəsaiti hesabına ona gərəkli dəstək göstəriləcəyini vurğulayıb.

G.Cavadova isə həkimin sözlərinə inanmır, onun burnunu qeyri-peşəkar səviyyədə əməliyyat etdiyi üçün, Yaqub Asadıyə ödədiyi əməliyyat xərclərini, yəni 1200 AZN vəsaitin geri qaytarılmasını tələb edir.

Şikayətçi deyir ki, əməliyyatdan sonra burnunda ciddi qusurlar və çəpər əyriliyi yarandığından rahat nəfəs ala bilmir.

Qeyd edək ki, şikayətçinin müraciəti ilə bağlı “Hürriyyət” qazetinin baş redaktoru Vüqar Məmmədov “Elmed” klinikasının rəhbərliyi ilə əlaqə saxlayıb. Şikayəti dinləyən baş həkim ittiham olunan Yaqub Asadinin “Element” klinikasının rəsmi əməkdaşı olmadığını, sadəcə klinikanın nəzdində bir otaq kirayə götürdüyünü bildirib. Bunun belə o, Günel Cavadovaya “Elmed” klinikası olaraq istənilən tibbi dəstəyi göstərməyə hazır olduqlarını bildirib.

Onuda qeyd edək ki, məsələ ilə bağlı Yaqub Asadinin özü ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı, belə ki, o, günlərdir telefon zənglərimizə cavab vermir.