Ölkə

“Elmlər Akademiyası”nın çıxışında izdiham-VİDEO

“Elmlər Akademiyası”nın çıxışında izdiham-VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ali məktəblərdə ənənəvi təhsilin bərpası ilə əlaqədar metronun “Elmlər Akademiyası” stansiyasının Bakı Dövlət Universiteti tərəfdəki çıxışında izdiham yaşanıb.

Sıxlığın nədən qaynaqlandığı isə sual doğurur. Çünki pandemiyadan əvvəlki dövrdə stansiyanın Bakı Dövlət Universiteti tərəfdəki çıxışında bu cür hal yaşanmayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a açıqlamasında yeni tədris ilinin başlanması ilə bağlı sərnişin sayında artım olduğunu təsdiqləyib.

Qurum rəsmisi konkret stansiyanın çıxışındakı sıxlıqla bağlı isə monitorinqlər aparıldığını, daxil olan şikayətlərin, müraciətlərin araşdırıldığını bildirib.

B.Məmmədov sərnişin sayının artımını tədris müəssisələrində təhsilin bərpası və yay məzuniyyətlərinin başa çatması ilə əlaqələndirib:

“Sentyabr ayının 6-na qədər gün ərzində metro ilə orta hesabla 399 min 160 sərnişin daşınırdı. Sentyabrın 6-dan 22-nə qədər isə sərnişin sayı gün ərzində 430 min nəfərə çatıb. Bu gündən isə metroda sərnişin axınında əhəmiyyətli artım hiss olunur”.