Sosial

Əmlak Məsələləri Dövlət Xidmətində kadr dəyişikliyi olub

Əmlak Məsələləri Dövlət Xidmətində kadr dəyişikliyi olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktoru Fərid Cəfərov vəzifəsindən azad edilib.

Hazırda şirkətə onun müavini Natiq Məlikov rəhbərlik edir.

F.Cəfərova isə xidmətin aparatında yeni vəzifə verildiyi bildirilir.

Xatırladaq ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” 2009-cu ildə yaradılıb.