Qarabağ

“Erməni qızı rusun bir yerinə sarılıb…“ “Çıxmadıqları hoqqa qalmayıb“

“Erməni qızı rusun bir yerinə sarılıb…“ – “Çıxmadıqları hoqqa qalmayıb“backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ bölgəsində son günlər baş verən hadisələr bir sıra eskpertlərlə yanaşı, siravi vətəndaşlar tərəfindən də birmənalı qarşılanmayıb. 

Ermənistanın eks Müdafiə naziri Arşak Karapetyanın Qarabağa səfəri, müxalifət liderləri Serjik Sarkisyan və Robert Koçaryanın bölgəyə qanunsuz gəlməsi və son olaraq da Xocalıda yerləşən Rusiya sülhməramlılarının hərbi şəhərcəyində heykəllərin qoyulması əsəbləri tarıma çəkib.

Bölgədə nələr baş verir? Rusiya niyə özünü sülhməramlı kimi aparmır?

Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov vurğulayıb ki, Rusiya sülhməramlıları müvəqqəti yerləşdiyi ərazilərdə çox böyük hoqqalardan çıxırlar:

“Hoqqalardan biri də, qoyduqları o heykəldir. O heykəl nədir orada? Erməni qızı gəlib, çox üzr istəyirəm, sarılıb rusun bir yerinə, guya ondan imdad diləyir. Birincisi, bunun özü bir təhqirdir. İkincisi, Xocalıda onların tikdiyi kilsə kimə lazım idi və ümumiyyətlə onlar nə öz başınalıqla məşğuldurlar? O həmin Xocalı ərazisidir ki, 366-cı rus alayı vaxtilə Yuri Zerquqarov və Seyran Ohanyanın rəhbərliyi altında orada Azərbaycan vətəndaşlarının, günahsız insanların qanını töküblər”.

Mütəxəssis qeyd edib ki, baş vermiş hadisə onu deməyə əsas verir ki, bu Rusiyanın öz əməlidir:

“Bu birinci dəfə deyil. Son günlər ermənilərin aktivləşməsi onu deməyə əsas verir ki, onlara göstəriş Moskvadan verilib. Sabiq Müdafiə naziri Arşak Karapetyanın Azərbaycan əraizlərinə gəlməsi, terrorçubaşı Arayik Arutyunyanın öz “vətəndaşlarını” silahlanmaya səsləməsi və onun “Rusiya bizə hər cür hərbi və mənəvi dəstək verir” deməssi narahatlıq üçün ciddi əsas sayəla bilər. Hərbi odur ki, Rusiya onlara silah-sursat verir, mənəvi dəstək də odur ki, nə istəyirsiniz edin, biz sizin arxanızdayıq”.

“Erməni qızı rusun bir yerinə sarılıb...“  - “Çıxmadıqları hoqqa qalmayıb“