Region

Ermənilər indi də Roma Papasına yalvarır: “Əsirləri qaytarmaqda kömək edin”

Ermənilər indi də Roma Papasına yalvarır: “Əsirləri qaytarmaqda kömək edin”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kilikiya katolikosu I Aram Roma Papasından erməni əsirlərinin geri qaytarılmasında kömək istəyib.

7times.az xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin Kilikiya Katolikosatı öz “Facebook” səhifəsində məlumat yayıb. “Böyük Kilikiya katolikosu I Aram Papa Fransis həzrətlərindən Qarabağ müharibəsi əsirlərinin geri qaytarılmasına kömək etməsini xahiş edib”.

Bu yaxınlarda Vatikanda Livanın xristian ruhani liderlərinin toplantısı zamanı I Aram ayrı-ayrılıqda Qarabağ müharibəsinin nəticələrinə və xüsusən də Azərbaycanda olan erməni məhbusların geri qaytarılması məsələsinə toxunub. Vatikanın dövlət katibi kardinal Pyetro Parolin də bu məsələ münasibət bildirib.

“Ali Patriarx Ermənistan Respublikasının Vatikandakı səfiri Karen Nazaryana ətraflı məlumat verib”, – deyə Katolikosatın səhifəsində bildirilir. Yenisabah.az