Manşet

Ermənilər Kəlbəcərdə işıq dirəklərini də dağıdır – FOTO

Ermənilər Kəlbəcərdə işıq dirəklərini də dağıdır – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni işğalçıları Azərbaycana təhvil verməli olduqları Kəlbəcər rayonunun kəndlərində elektrik dirəklərini dağıdırlar.

7times.az xəbər verir ki, bu faktı sübut edən fotonu “Reuters” agentliyi yayıb.

Qeyd edək ki, üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) razılaşmaya görə Kəlbəcəri tərk etməli olan ermənilər mikroavtobus, iri yük maşınları ilə oradan hər şeyi daşıyırlar, özləri ilə apara bilmədiklərini isə yandırılar ki, azərbaycanlılara heç nə qalmasın. Onlar hətta meşələrə də od vururlar.

Xatırladaq ki, Azərbaycan tərəfi Rusiyanın xahişi ilə Ermənistana Kəlbəcəri təhvil vermək üçün 25 noyabra qədər vaxt verib. Üçtərəfli razılaşmaya görə isə ermənilər Kəlbəcəri bu gün – noyabrın 15-i qaytarmalı idilər.modern.az