Aktual

ERMƏNİLƏR KTMT-yə ÜSYAN EDİR  “KTMT-də Qazaxıstan və Ermənistanla bağlı fərqli maraqlar var”

ERMƏNİLƏR KTMT-yə ÜSYAN EDİR – “KTMT-də Qazaxıstan və Ermənistanla bağlı fərqli maraqlar var”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, sentyabrın 13-də Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi qarşıdurmadan sonra İrəvan rəsmi qaydada KTMT-yə müraciət edib. Lakin gözlənildiyi kimi, Moskvanın dominantlıq etdiyi bu hərbi blok erməni ordusuna Ermənistanın istədiyi ani və qəti hərbi dəstəyi göstərmədi. Bu da 44 günlük müharibədə olduğu kimi, erməni cəmiyyətində və siyasi hakimiyyətində narazılıqlara səbəb olub.

“AzPolitika.info” xəbər verir ki, Paşinyan komandasının üzvlərindən biri, Ermənistan parlamentinin Avropaya İnteqrasiya Komissiyasının sədri Arman Eqoyan KTMT-nin İrəvanın ümidlərini doğrultmadığını bildirib və təşkilatı sərt tənqid edib. Deputat KTMT-nin nədən Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurmaya Qazaxıstandakı iğtişaşlar zamanı olduğu kimi, operativ münasibət göstərməməsinə dair suala belə cavab verib: “Siz KTMT-nin reaksiyasını gördünüz. Çox açıq qiymət vermək istəmirəm, bu reaksiya necə var, elədir. Beynəlxalq münasibətlərdə dövlətlər və beynəlxalq qurumlar öz maraqları çərçivəsində fəaliyyət göstərirlər. Qazaxıstanda başqa maraqlar vardı, Ermənistanda isə bir başqa…”

 

Eqoyan üstörtülü şəkildə deyib ki, KTMT-yə müraciət olunsa da, ondan hərbi yardım gözləmək yersiz və mənasızdır: “Bilirsiniz ki, Azərbaycan praktiki olaraq, KTMT üzvü olan bütün dövlətlərlə strateji müttəfiqdir”.

Xatırladaq ki, Ermənistanın KTMT-yə rəsmi müraciətindən sonra təşkilat Azərbaycan-Ermənistan sərhədinə vəziyyətlə yerində tanış olmaq üçün missiya göndərməklə kifayətlənib.