Qarabağ

Ermənilər yenə Kəlbəcərdə Pasxanı bayram ediblər…-Rusiya MN təsdiqlədi

Ermənilər yenə Kəlbəcərdə Pasxanı bayram ediblər…-Rusiya MN təsdiqlədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Separatçı-TERRORÇU erməni keşişləri birdəfəlik oradan qovulmalı və əvəzində Azərbaycan tərəfindən təyin olunmuş dini icma  daimi olaraq məbəddə yerləşdirilməlidir…”
Dünən – aprelin 18-də xəbər verdiyimiz kimi, Qarabağdakı ermənilərin yenidən Kəlbəcərdəki Xudavəng məbədimizi ziyarət etməsi haqda xəbərlər yayılmışdı.

“Qarabağın 10-dan çox kilsəsində, o cümlədən 30 nəfərin sülhməramlıların müşayiəti ilə getdiyi Dadivank(Xudavəng-S.L.) monastırında Pasxa mərasimləri keçirilib”.
Bunu erməni apostol kilsəsinin “Artsax” yeparxiyasının nümayəndəsi “Kavkazskiy uzel” nəşrinin müxbirinə bildirmişdi.
Lakin həmin informasiyanı nə Azərbaycan tərəfi, nə də Rusiyanın Azərbaycan torpaqlarındakı “sülhməramlı” hərbi kontingentinin komandanlığı təsdiqləmişdi.
Amma dünən axşam saatlarında Rusiya Müdafiə Nazirliyi  öz rəsmi saytının “sülhməramlı”lara aid bölməsində 18 aprel 2022-ci il tarixinə dair bülletendə  Rusiya hərbçilərinin “zəvvarlar”ı Xudavəng məbədinə ziyarətini müşayiət etdiyini təsdiqləyib.
Həmin məlumatda belə deyilir: “….zəvvarların Dadivank(Xudavəng-S.L.), Amaras və Gandzasar(Gəncəsər-S.L.) monastırlarına müşayiət olunması təmin edilib.”
Görünür, Rusiya MN Azərbaycan oxucusunun diqqətini çəkməmək üçün bu məlumatı məhz aprelin 17-də, yəni ermənilərin Pasxa bayramını qeyd etdiyi tarixdə yaymayıb…
Zəruri xatırlatma və  şərh:
10 noyabr 2020-ci il razılaşmasına əsasən Xudavəng məbədinin girişində Rusiya hərbçilərinin postu yerləşdirilib. 2020-ci ilin dekabrında Azərbaycan tərəfindən Alban-udin xristian provaslav icmasının sədr müavini Rafiq Danakari Xudavəng monastırına vaiz təyin olunsa da və həmin icma nümayəndələri məbədimizi bir neçə dəfə ziyarət etsə də, erməni keşişləri daim orada qalmaqda davam edir. Lakin 2021-ci ilin mayından Azərbaycan ordusu erməni zəvvarların  işğal dövründə erməniləşdirdikləri bu qədim məbədimizə ziyarətinə qadağa qoyub. Həmin vaxta qədər ermənilər Rusiya “sülhməramlı”larının müşayiəti ilə məbədi ziyarət ediblər.
Öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, Qarabağdakı “qədim erməni abidəsi” adlandırılan bütün digər tarixi abidələr sırasında Xudavəng məbədi də qədim Azərbaycan abidəsidir. İkincisi də məbədin olduğu ərazi tam şəkildə Azərbaycan dövləti və ordusunun nəzarəti və yurisdiksiyasındadır. Belə olduğu halda separatçı -TERRORÇU erməni keşişləri birdəfəlik oradan qovulmalı və əvəzində Azərbaycan tərəfindən təyin olunmuş dini icma  daimi olaraq məbəddə yerləşdirilməlidir…
Onu da xatırladaq ki, hazırda məbədimizdəki erməni dindarların(?) baş keşişi işğal dövründə Kəlbəcər rayonunun qanunsuz keşişi olmuş Ovannes Ovannisyandır. O, birinci Qarabağ müharibəsində də Azərbaycana qarşı vuruşub, oğulları ilə bərabər 2016-cı ilin aprel savaşında da iştirak edib…  44 günlük savaş nəticəsində Kəlbəcərdən ermənilərin çıxmalı olduğu məlum olduğu vaxtda, yəni 2020-ci ilin noyabrında isə bu üzdəniraq keşiş əlində avtomat “Erməni xaçkarlarına toxunmayın. Dadivank Azərbaycana verilməyəcək!” bəyan edərək deyib ki, o, məbədi tərk edən deyil, guya onu sonadək qoruyacaq… Belə separatçı-terrorçu “keşiş”lərin Azərbaycan torpağında, məbədində nə iti azıb?..
maderator.az