Qarabağ

“Ermənilərin sizə qarşı olan düşmənçilikləri qiyamətə kimi davam edəcək”

“Ermənilərin sizə qarşı olan düşmənçilikləri qiyamətə kimi davam edəcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailli  beynəlxalq əlaqələr üzrə mütəxəssis Mixail Finkel Ermənistanın Azərbaycan sərhəddində yaratdığı gərginliklə bağlı Moderator.az-a danışıb:

 

– Cənab  Finkel, necə  düşünürsünüz Ermənistanın Azərbaycanla  atəşkəsi pozması və  bölgədə təxribat törətməsi nə ilə  əlaqədardır? 

–  Mən  əvvəllər də  Azərbaycan mətbuatına verdiyim bütün şərhlərdə demişdim ki, baxmayaraq ki, sizin prezident bunu çox istəyir.  Ermənistan sülh müqaviləsi imzalamağı planlaşdırmır. Vaxtilə  cənab Obama dəfələrlə Ermənistan rəhbərliyini tam hüquqlu sülh müqaviləsi imzalamağa çağırıb.  Lakin onlar həmişə bundan imtina ediblər. Mən açıq deyirəm  ki,  Ermənistanın  mentaliteti  Almaniyanın birinci dünya müharibəsini uduzduqdan sonra geri dönən mentalitetidir. Onlar itirdiklərini geri almaq istəyirlər. Xəyal etdikləri  yeganə şey “müharibəyə yenidən  başlayaqmı?” düşüncəsidir.  Bunun arxasında Rusiyanın dayandığına, açığı,  heç  Qərbin dayandığına inanmıram.  Amma ona  inanıram ki, bunun arxasında  ultra milliyyətçi   erməni diasporunun töküntüsü olan Arminius rəhbərliyi dayanır. Onlar müharibəni yenidən başlamaq və itirdikləri ərazinin heç olmasa bir hissəsini geri almaq istəyirlər. Onlar bunu bacaracaqlarını düşünür, revanşı  digər yaşayış məntəqələrində aparmaq və digər ölkələri də bu münaqişəyə cəlb etməyə çalışırlar. Bununla da onlar bir il əvvəl  itirdiklərindən daha çox ərazi itirəcəklər və bu tip düşüncə ilə yaşamaq onlara heç vaxt uğur gətirməyəcək.

 

– Paşinyan bu kimi revanş cəhdlərlə sizcə qərbin, yoxsa  Rusiyanın dəstəyini qazanmağa çalışır? 

 

– Paşinyan öz ölkəsində vətən xaini sayılır. O, zəif lider,  öz ölkəsi üçün  layiqli heç nə edə bilməyən, Qarabağı itirmiş və müharibəni uduzmuş rəhbər sayılır.  Bəlkə həqiqətən də güc göstərməyə çalışır. Paşinyanın qazanmaq istədiyi ən önəmli  dəstək  öz  vətəndaşlarının dəstəyidir.

 

– Atəşkəsin pozulması və hər iki tərəfin itkilər verməsi  ilə  bağlı  sizin  gəldiyiniz qənaət necədir  və  bu hadisələrin sonu sizcə  necə cərəyan edəcək ? 

 

– Düşünürəm ki,  erməni tərəfi əsl terrorçular kimi atəş açmağa davam edəcəklər.  Ona görə terrorçu adlandırıram ki, öz imzaladıqları müqavilələrə əməl etmirlər  və  hədəfləri  arasında  sivil insanlar da olur.

Məncə  onların sizə qarşı olan düşmənçilikləri  qiyamətə kimi davam edəcək  və  sizin zamanla  qurbanlarınız olacaq.  Müdafiənizi təkmilləşdirməlisiniz, amma mən inanmıram ki,  tam miqyaslı müharibə  üçün  Ermənistənin maddi və mənəvi gücü olsun.

Rusiyaya gəldikdə isə, müharibənin  başa çatması  ilə  razılaşıb  və sadəcə bu gərginliklərdən sonra bəzi əlavə  qeyd-şərtləri ola bilər.  Məncə  müharibə   bitib  və prezidentlər də, bu barədə dəfələrlə danışıb,  mətbuata açıqlama veriblər. Ona görə də Ermənistanın yenidən müharibəni  alovlandıra  biləcəyinə inanmıram.