Gündəm

Ermənilərin tərəfini tutmamalıyıq – Mütəhhəri

"Kimin haqlı olduğunu görmək lazımdır".

Ermənilərin tərəfini tutmamalıyıq – Mütəhhəribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan arasında əvvəlki müharibədə olduğu kimi etnik narahatlıqlara görə ermənilərin tərəfində yer almamağa diqqət yetirməlidir.

7times.az xəbər verir ki, bunu İran İslam İnqilabının əsas ideoloqlarından biri Ayətulla Murtəza Mütəhhərinin oğlu, İran parlament spikerinin keçmiş müavini Əli Mütəhhəri deyib.

Mütəhhəri Azərbaycanın Dağlıq Qarabağda erməni təcavüzünə qarşı apardığı mübarizəni 1980-1988-ci illər İran-İraq müharibəsilə müqayisə edib:

“Sadəcə atəşkəs istəmək və müzakirə çağırışı etmək yetərli deyil. Kimin haqlı olduğunu görmək lazımdır. Bizim vəzifəmiz kimin bu müharibədə haqlı olduğunu bilməkdir”. axar.az