Region

“Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlıları olmayacaq” – Kreml

“Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlıları olmayacaq” – Kremlbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan bundan əvvəl Azərbaycanla sərhədin Sotk-Xoznavar hissəsində Rusiya sərhədçiləri və ya ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin müşahidəçilərinin yerləşdirilməsini təklif etmişdi. Bu gün keçiriləcək Putin-Paşinyan görüşdə də bu mövzunun müzakirə olunacağı bildirilirdi.

7times.az xəbər verir ki, Kreml  məlumatı təkzib edib:

“Vladimir Putinlə Nikol Paşinyan arasında aparılacaq danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sənədin imzalanması barədə məlumat yalandı.  Bu, həqiqətə uyğun olmayan bir mesajdır”.

Xatırladaq ki, Təhlükəsizlik Şurasının 27 may tarixli iclasında Nikol Paşinyan Azərbaycanla sərhəddəki vəziyyətdən çıxmaq planını təqdim etmişdi. Modern.az