Münaqişə

Ermənistan dövlət sərhədində atəşkəsi yenə pozdu – RƏSMİ

Ermənistan dövlət sərhədində atəşkəsi yenə pozdu – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

7times.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub”, – məlumatda deyilir.