Ölkə

Ermənistan girov götürdüyü bəzi azərbaycanlılardan donor kimi istifadə edib – AÇIQLAMA

Ermənistan girov götürdüyü bəzi azərbaycanlılardan donor kimi istifadə edib – AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfi itkin və girovlarla bağlı məlumatlar verməkdən imtina edir.
7Times.az  Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlılarla bağlı keçirilən konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.
O bildirib ki, Ermənistan girov götürdüyü yeniyetmələrdən böyük ehtimalla donor kimi, yaxud orqanlarını çıxarıb satmaq üçün istifadə edib.
İsmayıl Axundov qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən əsir və girov götürülmüş 54 nəfərə baş çəkilib.
O bildirib ki, onlardan 17-si saxlanıldığı yerdə öldürülüb, cəsədləri təhvil verilib, qalanlarının taleyi bu günə qədər də naməlumdur.