Manşet

“Ermənistan hərbçilərini gizlicə Azərbaycana keçirmək istəyib” – Ceyhun Bayramov

“Ermənistan hərbçilərini gizlicə Azərbaycana keçirmək istəyib” – Ceyhun Bayramovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.

7times.az xəbər verir ki, bununla bağlı XİN məlumat yayıb.

Nazir Ceyhun Bayramov görüşdə üçtərəfli bəyanatların icrasına maneə olan və bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən məsələlərdən bəhs edib.

Bu xüsusda, Ermənistanın Azərbaycan ərazisinə hərbçilərini gizli şəkildə keçirmək cəhdləri, mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist və Azərbaycana qarşı nifrət əks etdirən açıqlamaları və digər məsələləri vurğulanıb.