Qarabağ

“Ermənistana inanmırıq, Rusiya Qarabağda həmişəlik qalmalıdır” – Separatçılar 6 bəndlik bəyanat yaydı

“Ermənistana inanmırıq, Rusiya Qarabağda həmişəlik qalmalıdır” – Separatçılar 6 bəndlik bəyanat yaydıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən qondarma “Arsax” Təhlükəsizlik Şurası 6 bənddən ibarət bəyanat yayıb. Bəyanatda Ermənistanın “Arsax”dan gizli şəkildə Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyindən narahatlıq ifadə olunub”.

6 bənddən ibarət bəyanatda aşağıdakı bəndlər yer alıb:

1. “Arsax”ın beynəlxalq tanınması olmasa da, bu, “Arsax” xalqının öz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmır və bu hüquq uğrunda mübarizə davam edəcək, “Arxas” heç vaxt Azərbaycanın tərkibində olmayacaq.

2. Azərbaycan müstəqilliyini elan edəndə artıq “Arxas” bu ölkənin tərkibində deyildi, referendum keçirib Azərbaycanın tərkibindən çıxmışdı.

3. Ermənistan Respublikasının rəhbərliyi danışıqları “Arxas”dan gizlətməməli, bütün bəndləri bizlə məsləhətləşməli, razı olmadığımız mətnə imza atmamalıdırlar. Ermənistan daim “Arsax”ın yanında durmalıdır, amma son 2 ildə biz bunu hiss etmirik.

4. Rusiyanın bölgədə yerləşən sülhməramlıları “Arxas” xalqının təhlükəsizliyinin əsas qarantıdır, onlar burada həmişəlik qalmalıdır. Son zamanlar əsas və əbədi müttəfiqimiz olan Rusiyaya qarşı Ermənistanda gedən təbliğatı, münasibətlərin pisləşməsini narahatlıqla izləyirik.

5. Diaspora təşkilatlarımız “Arxas”ın subyekt kimi tanınması üçün səylərini gücləndirməli, bunun üçün bütün addımlar atılmalıdır.

6. “Arxas” Azərbaycanla birbaşa danışıqlardan qaçmır, amma bu danışıqlarda bərəbərhüquqlu tərəf kimi iştirak etməlidir.

Mövzunu Sfera.az-a şərh edən siyasi şərhçi Turab Rzayev Arayik Arutyunyanın bu bəyanatla həm Ermənistana, həm də Azərbaycana “meydan oxuduğunu” düşünür:

“Arayik açıq şəkildə bildirir ki, Azərbaycanın Qarabağa nəzarəti təmin etməsinə imkan verməyəcəklər. Ermənistan onların iştirakı olmadan Azərbaycanla sülh müqaviləsi imzalaya bilməz və onların əsas himayəçisi və dayağı Rusiyadır. Açıq şəkildə görünür ki, separatçılar Ermənistanın mövqeyindən narahatdırlar və hansı yolla olursa olsun, sülh müqaviləsi prosesini tormozlamağa çalışırlar ”.