Manşet

“Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil” – Levon Ter-Petrosyan

“Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil” – Levon Ter-Petrosyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin baş nazir vəzifəsinə namizədi Levon Ter-Petrosyan bildirib

“Azərbaycandan heç bir təhlükə yoxdur, sülh var, rus qoşunları oradadır, müharibə mümkün deyil. Ancaq proses Türkiyə və Azərbaycanla razılığa gəlməyə xidmət etməlidir. İki qonşu əbədi düşmən ola bilməz, varlığımızı təhlükəyə atırıq”.

7times.az xəbər verir ki, bu barədə Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin baş nazir vəzifəsinə namizədi Levon Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, Qarabağ məsələsinin həlli Ermənistandan asılı deyil.

“Məsələnin necə həll ediləcəyini bilmirəm. Bu artıq bizdən asılı deyil! Bitdi. Heç bir erməninin Qarabağ məsələsini həll edə biləcəyini söyləməsini gözləməyin. Belə bir şey yoxdur. Bu, bir xəyaldır”.

Ter-Petrosyan Rusiyanın Ermənistana qarşı öhdəliklərini yerinə yetirmədiyi üçün ölkənin qərblə əməkdaşlıq etməli olduğu ifadələrinə də münasibət bildirib:

“Bunlar qətiliklə dövlətçilik haqqında heç bir fikri olmayan insanların sözləridir. Bunu etsələr, onsuz da çətin olan vəziyyətimizi daha da çətinləşdirəcəklər. Bundan yaxşı bir şey gözləməyin”. Qazet.az