Ölkə

Estoniya Parlamentinin sədri İlham Əliyevi təbrik etdi

Estoniya Parlamentinin sədri İlham Əliyevi təbrik etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniya Parlamentinin sədri Yuri Ratas Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

“Unikal” xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikasına son səfərimiz zamanı nümayəndə heyətimizə göstərdiyiniz möhtəşəm və səmimi qonaqpərvərliyə görə Sizə və komandanıza minnətdarlığımı bildirirəm. Ölkənizə səfər etmək və Sizin qəbulunuzda olmaq şəxsən mənim və Estoniya nümayəndə heyəti üçün böyük şərəfdir.

Əminəm ki, bu görüş ölkələrimiz arasında münasibətlərin bundan sonra da güclənməsinə mühüm töhfə verəcəkdir.

İnanıram ki, təcrübə mübadiləsi və birgə səylərimiz əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”