Gündəm

Əyləncə mərkəzləri açılarsa xeyli müsbət nəticə almış olarıq: Həkim psixoterapevt

Əyləncə mərkəzləri açılarsa xeyli müsbət nəticə almış olarıq: Həkim psixoterapevtbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karantin rejimində istəsək də, istəməsək də azad hərəkət etmə ixtiyarımız əlimizdən alınır.Bu sözləri 7Times.az-a açıqlamasında tanınmış həkim psixoterapevt Nazlı Çələbi qeyd edib.O bildirib ki, son zamanlar cəmiyyətdə olan ruh düşgünlüyünə səbəb olan bir məqam da karantin rejimidir.
-Əsəb gərginliyi və ruh düşgünlüyü tək bizim ölkədə deyil, bütün dünyada belədir. Səbəbi də bildiyiniz kimi Covid-19 virusu ilə əlaqəli pandemiya və karantin rejimidir. Təsəvvür edin ki, insanlar uzun illər əminamanlıq şəraitində yaşayıb gələcək planlar qura bilirdi. Bir anın içində arzuları və planları yerlə yeksan olur. Təbii ki, bu insan psixikası üçün böyük sarsıntıdır. Bu sarsıntı isə ruh düşgünlüyünə, ruh düşgünlüyü isə aqresiyaya və ya intiharlara səbəb olacaq. Çünki insana nəyisə qadağa qoyub əlindən alanda, əvəzində nəsə verilməlidir ki, o ya mənəvi, ya maddi, ya da fiziki aclıq çəkməsin. İl yarımdır ki, dünyanın hə yerində insanlar məhdudiyyətlər içində yaşamağa məcburdur. Xəbərlərdə verilən qorxulu məlumatlar isə psixi sarsıntını biraz da artırır və insanları çıxılmaz vəziyyətə salır. Bu vəziyyət uzun müddət belə davam edə bilməz əlbəttə. İstifadəyə verilməyərək yığılıb qalmış enerji gec- tez, özünə bir yol tapıb çıxacaqdır. Yollardan biri də intihar və ya cinayət hadisədir. Karantin rejimində istəsək də, istəməsək də azad hərəkət etmə ixtiyarımız əlimizdən alınır, lakin insan hər gün yaşamaq istəyir. Yaşamaq istəyi də, qarşısına qoyduğu məqsədlərə çatmaq, onu reallaşdırmaq arzusundan irəli gəli. Bu bir növ stimuldur. Son aylar insanlara toy etmək icazəsi verildiyi üçün gərginlik bir qədər aradan götürulüb. Bunun özü müsbət göstəricidir. İnsanlar əvvəldən öyrəşdikləri həyat tərzinə qayıtdıqca psixi gərginlik aradan götürülür. Dediyiniz kimi insanların aktiv əyləncəyə də ehtiyacları var. Fikrimcə əyləncə mərkəzləri açılarsa xeyli müsbət nəticə almış olarıq.